Oktay Kaynarca müəllifi olduğu serialdan ayrılır?
6-02-2023, 12:28
818

Oktay Kaynarca müəllifi olduğu serialdan ayrılır?

Məşhur aktyor Oktay Kaynarcanın "Ben Bu Cihana Sığmazam" serialından ayrılacağı iddia edilib.  
Aktyorun ssenari müəllifi və prodüseri olduğu serialından ayrılmasına səbəb xaricdən böyük bir iş təklifinin gəlməsi olub. 
Fevralın 7-də yayımlanacaq "Ben Bu Cihana Sığmazam"da Kaynarcanın silahla vurulma səhnəsi fraqmanlarda yer alıb. Bu da aktyorun 20-ci bölümlə serialdan ayrılacağı iddialarını gücləndirib. 
Lakin Oktay iddialarla bağlı heç bir açıqlama verməyib.

Oxşar xəbərlər