Belarus təcili xilasetmə qrupunu Türkiyəyə göndərdi
8-02-2023, 13:45
444

Belarus təcili xilasetmə qrupunu Türkiyəyə göndərdi

Türkiyədə baş verən zəlzələlərdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə fəaliyyətlərinə Belarus da qoşulub.
Bu barədə Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib. 
Fevralın 8-də Belarus "Zubr" təcili xilasetmə qrupunu Türkiyəyə göndərib. 32 nəfərlik ilk qrup bu gün zəlzələ bölgəsinə müdaxilə edəcək. Digər qrup isə sabah yola düşəcək. 
Komanda üçün hələlik 12 günlük iş qrafiki qurulub. Onun tərkibində xüsusi təlim keçmiş itlər və axtarış-xilasetmə vasitələri var. 

Oxşar xəbərlər