Türkiyədə daha bir nəfər dağıntılar altından sağ çıxarıldı
8-02-2023, 13:54
429

Türkiyədə daha bir nəfər dağıntılar altından sağ çıxarıldı

Türkiyədə Adıyaman şəhərində daha bir nəfər dağıntılar altından sağ çıxarılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.
“Bu gün səhər saatlarında 3-cü Ordu Komandanlığımızın Mühəndis taborunun üzvləri Adıyamanda Soner Tuğtekin adlı vətəndaşımızı sağ-salamat xilas ediblər”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, xilasedicilər bu gün səhər dağılmış binanın qalıqları altından yeniyetmə qızı da aşkar edərək həyatını xilas ediblər.


 

Oxşar xəbərlər