Rusiyalı reper özünü ölülüyə vurub döyüşdən qaçdı
8-02-2023, 14:07
477

Rusiyalı reper özünü ölülüyə vurub döyüşdən qaçdı

Ukraynada yaralanan könüllü reper Nikolay Soledar yaxınlığındakı döyüşdən sonra səkkiz saat tarlada sürünərək qaçıb.
Rusiya KİV bildirir ki, reper qaçmazdan əvvəl özünü ölü kimi göstərib:
“Ölmüş kimi davrandım. Beləliklə, möcüzəvi şəkildə sağ qaldım. Yaxşı ki, Ukrayna hərbçiləri mənim öldüyümü zənn etdilər. Onlar getdi. Orada insanların necə əsir götürüldüyünü eşitdim. Hava qaralırdı. İlk yardım çantasının yanımda olması məni xilas etdi. Burada qalsam öləcəyimi bilirdim. Tarlada sürünərək keçməyə qərar verdim. Səkkiz saat bu tarlada sürünərək keçdim”.

Oxşar xəbərlər