Türkiyədən "Twitter"ə zəlzələ xəbərdarlığı
9-02-2023, 10:14
1 331

Türkiyədən "Twitter"ə zəlzələ xəbərdarlığı

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan Twitter -in Qlobal Hökumətlə Əlaqələr rəhbəri Con Hughes və Twitter-in Türkiyə İctimai Siyasət Direktoru Ronan Kostello ilə görüş keçirib.
Türkiyə sosial şəbəkələrdə reallığa uyğun olmayan yazılarla bağlı Twitter-ə xəbərdarlıq edib.
Videokonfrans üsulu ilə keçirilən görüşdə dezinformasiya, saxta hesabat və saxta hesablarla bağlı atılacaq addımlar müzakirə edilib.
“Twitter”ə cəmiyyəti çaxnaşma və xaosa sürükləyən məsələlərə qarşı məsuliyyəti xatırladılıb.

Oxşar xəbərlər