Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı
9-02-2023, 10:45
2 245

Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Şimali Koreya lideri qızı ilə bu gün yenidən ictimaiyyət qarşısına çıxıb.
Son 35 gündə heç yerdə görüntülənməyən Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümünü övladı ilə birlikdə qeyd etmək qərarına gəlib.
Komandirlər üçün birbaşa kazarmada bayram ziyafəti təşkil edilib. Masada yeməklərdən əlavə, şərab da olub.
Şimali Koreya liderinin əlində siqar tutması diqqət çəkib.
Qeyd edək ki, Kim Çen Inın qızının adı hələ də yerli media tərəfindən açıqlanmayıb. Lakin ekspertlər əmindirlər ki, onun media məkanında görünməsi liderin gələcəkdə ölkədə hakimiyyəti onun əlinə keçirmək planlarından xəbər verir.

Mənbə: RenTV

Oxşar xəbərlər