Hamiləliyin son ayında olan qadın 70-ci saatda dağıntılar altından xilas edildi
9-02-2023, 10:49
2 542

Hamiləliyin son ayında olan qadın 70-ci saatda dağıntılar altından xilas edildi

Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan 9 aylıq hamilə qadın sağ-salamat xilas edilib.
Əcnəbi Hene Hammeko adlı 35 yaşlı 9 aylıq hamilə qadın xilasedici qrupların gərgin səyi nəticəsində 70 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Qadının 14 yaşındakı oğlu Məhəmməd və axtarış-xilasetmə qrupları böyük sevinc yaşayıblar.
Xəstəxanaya aparılan hamilə qadının və bətnindəki körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Mənbə: Haber Global 

Oxşar xəbərlər