90 ölkə İrandan PUA almaq istəyir
9-02-2023, 12:01
8 625

90 ölkə İrandan PUA almaq istəyir

"90 ölkə İrandan pilotsuz təyyarə (PUA) almaq istəyir".
ISNA xəbər verir ki, bunu kəşfiyyat nazirinin adıçəkilməyən müşaviri bildirib.
"Bu məmur qeyd etdi: Təhlükəsizlik və kəşfiyyat qüvvələrimiz gecə-gündüz işləyir və indiyədək virtual müharibə və texnologiya sahəsində düşmənə ölümcül zərbələr endiriblər. Bu gün İslam Respublikası elektron müharibədə güclüdür", - deyə anonim mənbə vurğulayıb.
Müşavir əlavə edib: "Bütün düşmənçiliklərlə baxmayaraq, bu gün elə bir mərhələyə gəlib çatmışıq ki, 90 ölkə PUA müştərisidir və İrandan pilotsuz uçuş aparatlarını almaq növbəsində durub".

Oxşar xəbərlər