Türkiyədə 4 güləşçi dağıntılar altında qalaraq öldü
9-02-2023, 13:51
8 103

Türkiyədə 4 güləşçi dağıntılar altında qalaraq öldü

Qardaş ölkə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 güləşçi həyatını itirib. 
Türkiyə Güləş Federasiyasının saytı xəbər verir ki, Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 4 güləşçi vəfat edib. Onların cansız bədənləri tapılıb. Dünyasını dəyişənlər Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir. 
8 güləşçi dağıntılar altından sağ çıxarılıb. Daha 4 güləşçi ilə bağlı hələlik məlumat yoxdur. Onların tapılması üçün axtarış- xilasetmə işləri davam etdirilir. 
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 12 873 nəfər həyatını itirib 62 937 nəfər yaralanıb. 
 

Oxşar xəbərlər