Eks-merin oğulları avtomobildə ölü tapıldı
9-02-2023, 13:56
8 089

Eks-merin oğulları avtomobildə ölü tapıldı

İzmirin keçmiş Qaziemir bələdiyyə sədri Adil Yükselin oğulları avtomobildə ölü tapılıb.
Türkiyə mətbuatı xəbər verir ki,  hadisə Ankaranın Ayaş rayonundakı istirahət mərkəzində baş verib. 
Belə ki, 35 yaşlı Adil və 30 yaşlı Berke Yüksellər avtomobillərində ölü vəziyyətdə tapılıblar. 2 qardaş banklarla görüşmək üçün Ankaraya gediblərmiş. İlkin ehtimal olaraq, qardaşların intihar etdiyi bildirilib.  
Cəsədlər ekspertizaya təhvil verilib. Yüksel qardaşlarının ölümü ilə bağlı istintaq davam edir.

Oxşar xəbərlər