Türkiyəli futbolçu Vyanada başından GÜLLƏLƏNDİ
9-02-2023, 17:25
7 116

Türkiyəli futbolçu Vyanada başından GÜLLƏLƏNDİ

"Trabzonspor"un sabiq futbolçusu Volkan Kahraman başından güllələnərək öldürülüb.
Türkiyə mətbuatı xəbər verir ki,  hadisə  Avstriyanın paytaxtı Vyanada baş verib.  Belə ki, 43 yaşlı Kahramanı öldürən şəxs daha sonra intihar edib.
"Kronenzeitung" qəzeti Volkanın yeməkxanada onu öldürən şəxslə qızğın mübahisə etdiyinə diqqət çəkib. Bildirib ki, qatil tapançasını çıxararaq Volkanın başından atəş açaraq onu öldürüb.
1990-cı illərin sonlarında Avstriya futbolunda məşhurlaşan keçmiş yarımmüdafiəçi peşəkar karyerasına 17 yaşında Hollandiyanın “Feyenoord Rotterdam” klubunda başlayıb. O, 2000-ci ildə “Trabzonspor”a gəlib. Daha sonra "Ərzurumspor"a keçib.

Oxşar xəbərlər