89 saat sonra xilas edilən gənc oğlan maşınını axtardı
10-02-2023, 10:14
626

89 saat sonra xilas edilən gənc oğlan maşınını axtardı

Ardıcıl zəlzələlərin vurduğu şəhərlər arasında yer alan Qaziantepin İslahiye rayonunda dağılmış binanın dağıntıları arasında qalan 23 yaşlı Yiğit Akar 89 saat sonra sağ-salamat xilas edilib.
Yiğit Akar onu xilas edən komanda üzvlərinə verdiyi sualla təbəssüm yaradıb. 
Belə  ki, o,  "Binanın qarşısında ağ bir avtomobil var idi, necədir?" ,- deyə sual verib.  Komandalar isə cavabında  "İndi onu axtararıq" deyib. Gənc oğlan xəstəxanaya yerləşdirilib. 

Oxşar xəbərlər