"Ürəyim yandı" - AKTRİSANIN BÖYÜK FƏRYADI
10-02-2023, 11:44
1 003

"Ürəyim yandı" - AKTRİSANIN BÖYÜK FƏRYADI

Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.
Xarici mətbuat xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələdə məşhur aktrisa Zuhal Topalın əmisi, əmisi oğlu və dostu vəfat edib.
Zuhal Topal bu barədə “instagram” səhifəsində paylaşıb:
"Dualarım ölkəm üçündür, hamımıza başsağlığı verirəm. Ürəyim yandı. Allah canı üçün mübarizə aparan bütün insanlara və əzmlə çalışan bütün komandalara kömək olsun. Maraqlanan hər kəsə təşəkkür edirəm”.

Oxşar xəbərlər