Məşhur futbolçu zəlzələdə itkin düşüb
10-02-2023, 12:03
959

Məşhur futbolçu zəlzələdə itkin düşüb

"Hatayspor"un futbolçusu Kristian Atsu baş verən zəlzələlərdə dağıntılar altında qalıb.
Xarici mətbuat xəbər verir ki, komanda yoldaşı Kevin Soni zəlzələdə keçirdiyi qorxulu anlardan və hələ də dağıntılar altında olan Kristian Atsu ilə son söhbətindən danışıb:
"O, bazar günü cərimə zərbəsi vurdu və mən ona yaxşı oynadığını, onun performansını bəyəndiyimi söylədim. Bir neçə saatdan sonra mənə dedilər ki, dostum ölmüş ola bilər. Şübhəsiz ki, onunla telefonla danışan sonuncu şəxs mənəm. Qürurlu deyiləm, inşallah sağ-salamat taparıq. Bu mənim arzumdur. Bunun üçün hər gün dua edirəm”.

Oxşar xəbərlər