Dünya
10-02-2023, 16:37
6 636
Azərbaycanlı aktrisaya Dubayda “fotoşop”la hicab geyindirdilər
Azərbaycanlı aktrisa Səbinə Əhmədova rol aldığı rus serialı “Содержанки”nin yeni mövsümünün Dubaydakı reklamında fotoşopa məruz qalıb.
OLAY yazır ki, “Dubai Frame”də nümayiş etdiriən posterdə ona hicab geyindirilib. Şahidlərin dediyinə görə, aktrisanın orijinal geyimdə - ağ paltarda olduğu rəqəmsal plakat təxminən bir gün nümayiş etdirilib.
Qeyd edək ki, serial fevralın 16-da “Start” platformasında yayımlanacaq.
Onu da bildirək ki, Səbinə Əhmədova 1981-ci ildə Bakıda doğulub. O, 2004-cü ildən Rusiyada müxtəlif layihələrdə rol alır.