Qaziantepdə 113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi
11-02-2023, 11:00
1 100

Qaziantepdə 113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi

Zəlzələlərdən zərər çəkən Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Dağıntılar altından səs eşidən axtarış-xilasetmə qrupları 18 yaşlı Alihan Yılmazla əlaqə saxlaya bilib. Yılmaz aparılan gərgin iş nəticəsində yaralı olaraq dağıntılar altından çıxarılıb.
Zəlzələnin 113-cü saatında xilas edilən Yılmaz təcili yardımla xəstəxanaya aparılıb.

Mənbə: Anadolu

Oxşar xəbərlər