İranda hərbi zavodlara hücuma görə həbs edilənlər var
11-02-2023, 16:01
17 766

İranda hərbi zavodlara hücuma görə həbs edilənlər var

İran kəşfiyyatçıları İsfahandakı hərbi obyektə hücumda iştirak edənləri həbs edib.
Bu barədə "Farsnews" nəşri yazıb.
“Yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin sənaye mərkəzlərindən birində baş vermiş uğursuz təxribat cəhdinin əsas günahkarları müəyyən edilərək həbs edilib”, - deyə agentlik bildirib. 
Məlumata görə, hüquq-mühafizə orqanları hücumda İsrail agentlərinin əli olduğunu sübut ediblər.
Xatırladaq ki, yanvarın 28-də İsfahandakı hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. İran rəsmilərinin məlumatına əsasən, hücum nəticəsində üç kvadrokopter vurulub, itki yoxdur. 

Oxşar xəbərlər