"ABŞ kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə məlumat ötürür" - Ukraynalı general
13-02-2023, 21:18
8 906

"ABŞ kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə məlumat ötürür" - Ukraynalı general

"ABŞ kəşfiyyatının məlumatları davam edən münaqişə kontekstində Kiyev üçün həlledicidir".
Bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Serhiy Naev deyib.
Naev vurğulayıb ki, “ABŞ kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinə Ukrayna sərhədləri daxilində Rusiya hədəflərini daha dəqiq müəyyən etməyə imkan verir”.
O qeyd edib ki, Avropanın müxtəlif yerlərində dislokasiya olunmuş amerikalı generallarla daim əlaqə saxlayır. Ukrayna Silahlı Qüvvələrinin general-leytenantının sözlərinə görə, ABŞ ilə məlumat mübadiləsi Ukrayna hərbçilərinə HIMARS raket sistemlərindən istifadə edərək hədəfləri müəyyən etməyə kömək edir.
Bundan əvvəl NATO-nun  Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin (JAF) baş komandanı, ABŞ generalı Kristofer Kavoli  bildirib ki, Ukraynadakı münaqişə hərbi əməliyyatların informasiya və kosmik ölçülərinin əsas rolunu göstərib.

Oxşar xəbərlər