Aktyor da xilasetmə işlərində iştirak edir
13-02-2023, 13:31
881

Aktyor da xilasetmə işlərində iştirak edir

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda axtarış-xilasetmə işləri davam edir.
KIF Axtarış-Xilasetmə qrupunun üzvlərindən olan aktyor Ogün Kaptanoğlu da zəlzələlədən zərərçəkən ərazilərə gedib.  
O, Hatay şəhərində  axtarış-xilasetmə qrupları ilə birlikdə insanları dağıntılar altından çıxarılmasında iştirak edir.  
Qeyd edək ki,  Ogün Kaptanoğlu "Tek Yürek", "Karagül", "Deli Gönül", "Mehmetçik Kutlu Zəfər" kimi bir çox layihədə yer alıb. 
  • Aktyor da xilasetmə işlərində iştirak edir - FOTO

Oxşar xəbərlər