Dünya
13-02-2023, 13:34
892
Xoyda soydaşlarımız acından ölür: Molla rejimi Suriyada kəbab paylayır
İranın molla rejiminin güneyli soydaşlarımıza qarşı yürütdüyü qərəzli siyasəti davam edir.
"MOUZE" teleqram kanalı xəbər verir ki, Xoyda baş verən dağıdıcı zəlzələdən həftələr keçməsinə baxmayaraq molla rejimi zəlzələdən zərərçəkənlərin qeydinə qalmır. Bunun əvəzində Suriyada zəlzələdən zərərçəkənlərə yardım göndərir.
Belə ki, Əli Xameneinin Astan Qüds Rəzəvi adlı adamı Xoy zəlzələsindən zərərçəkən insanlar hələ də ən pis şəraitdə, qarda, yağışda, soyuqda, küçələrdə və dağılmış evlərdə yaşamağa davam edərkən Suriyada insanlara kəbab paylayır.
Astan Qüds Rəzəvinin xidmət personalı Suriyada zəlzələ qurbanları üçün gündə 14 000 şiş kəbab bişirdiyini açıqlayıb.