Dünya
13-02-2023, 13:39
7 881
Həbsxanada dini terror təşkilat yaratdı
Novosibirsk birinci rayon hərbi məhkəməsi Rusiya koloniyasında terrorizmin təbliği ilə məşğul olan əcnəbi Caxongir Mullabayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Yerli media bildirir ki, o, Rusiya Cinayət Məcəlləsinin 205.2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar”) maddəsi ilə təqsirli bilinib.
Məhkum Novosibirsk vilayətinin ciddi rejimli koloniyasının məhbusları arasında terrorçuluğun yayılması ilə məşğul olub və orada öz tərəfdarlarından dini ekstremist dəstə yaratmağa cəhd edib. Onun qanunsuz fəaliyyəti Federal Təhlükəsizlik Bürosu əməkdaşları tərəfindən üzə çıxıb.
Mullabayev əvvəllər Moskva Vilayət Məhkəməsi tərəfindən bir sıra xüsusilə ağır cinayətlərə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.