Dostu ilə dalaşıb 8 sm-lik mismarları uddu
14-02-2023, 11:54
760

Dostu ilə dalaşıb 8 sm-lik mismarları uddu

Rusiyada dostu ilə mübahisə edən Ufa sakini 8 santimetrlik mismarları udub. 
Yerli KİV xəbər verir ki, bundan sonra o, ölümcül vəziyyətdə xəstəxanaya düşüb.
Həmin şəxsin kəskin ağrı, ürəkbulanma, ağız quruluğu, halsızlıq və bir sıra digər kəskin simptomlar hiss etdiyi və təcili yardım çağırdığı qeyd olunur. Müayinə zamanı həkimlər bağırsaq divarlarının bütövlüyünün pozulmasını müşahidə ediblər.
Müayinə zamanə xəstənin bağırsaqlarından yad cisimlər çıxarılıb. Lakin həkimlər onun qalın bağırsağının təxminən yarısını götürməli olublar. O, artıq evə buraxılıb, indi ambulator müalicə alır.

Oxşar xəbərlər