Dünya
14-02-2023, 11:59
800
Kim Çen In qızı ilə eyni adı daşıyanlara xəbərdarlıq etdi
Verdiyi qərarlarla dünyanı heyrətə salan Şimali Koreya lideri Kim Çen In yenidən diqqət çəkib.
Şimali Koreya lideri 10 yaşlı qızı Çju En Ju-ae ilə eyni adı daşıyanlara adlarını dəyişməyi əmr edib.
Bildirilib ki, hazırda Ju-ae adlı şəxslər barəsində ölkədə araşdırma aparılır və onlardan adlarının dəyişdirilməsi tələb olunur.
Kim Çen In 2022-ci ilin noyabr ayının sonunda qitələrarası idarə olunan raket sınağını izləyərkən qızı ilə ilk dəfə kameralar qarşısına keçib. Kim fevralın 8-də kazarma ziyarətində, fevralın 9-da isə hərbi mərasimdə iddia edilən varisi Kim Ju-ae ilə birlikdə iştirak etmişdi.