İrana “iPhone”nun girişi qadağan edildi
14-02-2023, 13:38
557

İrana “iPhone”nun girişi qadağan edildi

İrana “iPhone”nun girişi qadağan edilib. 
Mouze“ teleqram kanalı xəbər verir ki, bu barədə İran Gömrük İdxal İdarəsinin baş direktoru məlumat yayıb. 
Məlumata görə, martın 1-dən etibarən “Apple” markalı mobil telefonlar, “iPhone 14” və ondan sonrakı bütün modellər sərnişinləri və poçtu müşayiət etməyə icazə verilən mallar siyahısına daxil edilməyəcək. 
Qeyd edək ki, əmri verən orqan İranın Təhlükəsizlik Nazirliyidir.
 

Oxşar xəbərlər