Qatar relsdən çıxdı, zəhərli maddə çaya dağıldı
14-02-2023, 14:12
669

Qatar relsdən çıxdı, zəhərli maddə çaya dağıldı

ABŞ-ın Ohayo ştatında yüzlərlə ton həddindən artıq təhlükəli, kanserogen vinilxloridin dağılmasının fəsadlarını aradan qaldırmağa çalışırlar.
Bu barədə Amerika polisi Telegram kanalında məlumat yayıb.
50 qatar vaqonunun relsdən çıxması nəticəsində kimyəvi maddələrin dağıldığı və yandığı dəqiqləşib. Ştat rəhbərliyi yerli sakinlərin təxliyə olunduğunu elan edib. Bununla belə, bu fövqəladə halın nəticələri qəza yerindən kənara çıxa bilər, çünki Ohayo çayı kimyəvi maddələrin dağılması zamanı zəhərlənib. Bu çaydan təxminən 5 milyon insan su içir.

Oxşar xəbərlər