Keçmiş prezident vaxtından əvvəl həbsdən azad edildi
14-02-2023, 14:48
739

Keçmiş prezident vaxtından əvvəl həbsdən azad edildi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev fevralın 14-də cəzaçəkmə müəssisəsindən azad edilib.
Xarici KİV xəbər verir ki, qərar Qırğızıstanın Ali Məhkəməsi tərəfindən qəbul edilib. Orada Atambayevin işində yeni halların yaranması və eks-prezidentin vəkillərinin işə yenidən baxılması xahişi nəzərə alınıb.
Qeyd edək ki, o, 2020-ci ilin yayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. 
2011-17-ci illərdə Qırğızıstana rəhbərlik etmiş Atambayev 2019-cu il avqustun 8-də keçmiş prezidentin iqamətgahının yerləşdiyi Çuy vilayətinin Koy-Taş kəndində həbs edilib.
Həbs əməliyyatı demək olar ki, bir gün davam edib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Atambayevin tərəfdarları arasında qanlı toqquşma olub. Nəticədə xüsusi təyinatlı polis dəstəsinin bir əsgəri həlak olub, 100-dən çox insan yaralanıb.
Atambayev sui-qəsd planlaşdırmaqda, kütləvi iğtişaşlar təşkil etməkdə, qeyri-qanuni daşınmaz əmlak alqı-satqısında və kriminal avtoritet sayılan Əziz Batukaevi həbsxanadan qanunsuz olaraq azad etməkdə ittiham olunurdu. 

Oxşar xəbərlər