İlin ən çox qazanan məşhurları
14-02-2023, 15:36
6 484

İlin ən çox qazanan məşhurları

İlin ən çox qazanan 10 məşhuru, şouçuları, musiqiçiləri və yaradıcıları açıqlanıb.
Bu siyahıdakı sənətçilərin çoxu sürpriz olmasa da, lakin içəridə bəzi maraqlı statistikalar var. Bu siyahıda cəmi 1 milyarder var və ən çox qazanan adam heç də gözlədiyiniz biri deyil.
Rəqəmlər hamısı 2022-ci ildən etibarən vergidən əvvəlki qazanclardır və menecerlər və ya hüquqşünaslar kimi sənətçi komandalarına ödənilən rüsumlar bura daxil deyil.

10. Bəd Banni
Qazancı: 88 milyon dollar
Bəd Banninin gəlirinin çoxu onun iki turundan əldə edilib: “El Último Tour Del Mundo” və “The World’s Hottest Tour!” O, həmçinin “Bullet Train”də də səhnəyə çıxıb.

9. Teylor Svift
Qazancı: 42 milyon dollar
Onun əsas gəliri rəqəmsal platformalardan, “stream”lərdən və rekord satışlardan olub.

8. Ceyms Kemeron
Qazancı: 95 milyon dollar
Rejissor Ceyms Kemeron pulu əsasən “Avatar: Suyun Yolu” filminin kassasındandır.

7. “Rolling Stones”
Qazancı: 98 milyon dollar
İkonik qrup pullarının böyük hissəsini 136 milyon dollarlıq qastrol səfərindən və rekord satışlarından əldə edib.

6. Bred Pitt
Qazancı: 100 milyon dollar
Bred Pitt bu il “Bullet Train”, “Babylon” və “The Lost City” kimi filmlərdəki roluna görə bu qədər pul qazanıb.

5. Ceyms Bruks və Mett Qroeninq
Qazancları: 105 milyon dollar
“Simpsons”un yaradıcıları layihəni yüksək bir ödəniş qarşılığında “Disney Plus”a satıblar.

4. Trey Parker və Mett Stoun
Qazancları: 160 milyon dollar
“South Park”ın yaradıcıları bu il “Paramount” müqavilələrini böyük gəlir mənbəyi kimi göstəriblər.

3. Tayler Perri
Qazancı: 175 milyon dollar
Tayler Perrinin pulu, BET ilə müqaviləsinə əlavə olaraq, müxtəlif layihələr hazırladığı Atlantadakı kütləvi istehsal sahəsindən gəlir.
Maraqlı fakt: Tayler Perri bu siyahıdakı yeganə milyarderdir!

2. Stinq
Qazancı: 210 milyon dollar
Stinq bütün musiqi kataloqunu böyük məbləğə “Universal Music Group”a sataraq bu siyahıda 2-ci pillədə qərarlaşıb.

1. “Genesis”
Qazancları: 230 milyon dolar
“Genesis” 2022-ci ilin payızında  “Concord Music Group”a etdikləri 300 milyon dollarlıq kataloq satışı səbəbilə bu siyahıda ilk pillədə yer alıblar.

Oxşar xəbərlər