"Türkiyədə prezident seçkiləri təxirə salınmalıdır" - Bülənt Arınç
14-02-2023, 16:40
6 367

"Türkiyədə prezident seçkiləri təxirə salınmalıdır" - Bülənt Arınç

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri və baş nazirin keçmiş müavini Bülənt Arınç may ayına təyin edilmiş ümumi seçkilərin dərhal təxirə salınmalı olduğunu bəyan edib.
Bu barədə o, "Twitter"də yazıb.  
Siyasətçinin fikrincə, dağıdıcı zəlzələlər fonunda ölkədə “seçkiqabağı stressdən” xilas olmalıdır.
“May və ya iyunda seçki ola bilməz. Seçkilər təcili olaraq təxirə salınmalıdır. Allahdan qorxun, xarabalıqlarda hələ də meyitlər var. Seçici söhbəti olmadığı halda seçkidən necə danışmaq ola”, - Arınç bildirib.
 

Oxşar xəbərlər