Dünya
15-02-2023, 12:06
2 295
Ukraynalılar Rusiyanın adını dəyişmək istəyirlər
Ukrayna xalqı Rusiyanın adının dəyişdirilməsi ilə bağlı 25 min imza toplayıb.
"Ren TV" xəbər verir ki, müvafiq petisiya ötən il noyabrın sonunda Ukrayna prezidentinin saytında dərc edilib.
Bu təklifin müəllifləri “Rusiya” və “Rusiya Federasiyası” adlarının “Moskva” və “Moskva Federasiyası” adları ilə əvəz edilməsini tələb ediblər. Onlayn petisiya platformasının qaydalarına görə, Zelenski indi bu təklifə rəsmi cavab verməlidir.
Bundan əvvəl Rusiyanın adının dəyişdirilməsi məsələsi Ukrayna Ali Radasında müzakirə olunub. Ancaq bu günə qədər Ukraynada bu məsələ ilə bağlı heç bir rəsmi addım atılmayıb.