Aktyor zəlzələni dəhşətli sözlərlə ifadə etdi: “Qoxular burnumdan getmir..”
16-02-2023, 11:51
635

Aktyor zəlzələni dəhşətli sözlərlə ifadə etdi: “Qoxular burnumdan getmir..”

“Survivor”da tanınan aktyor Hakan Hatipoğlu sosial media hesabında Antakyanın dağılmış küçələrini paylaşıb. 
Aktyor yerlə-yeksan olmuş şəhəri bu sözlərlə ifadə edib: 
“Pisəm, hamımız pisik və çox pis vəziyyətdəyik. Ürəyimdə qalan ağrılar, ağlımdan çıxara bilmədiyim görüntülər, burnumdan getməyən qoxular var. Böyük bir fəlakət yaşadıq. Öyrənməli çox dərslər var... Səyahət etməyi xoşlayıram, ölkəmizdə 3 şəhər var ki, gəzib doya bilmirəm. Çanaqqala, Rizə və Hatay... Və o Hatay artıq yoxdur... Maraş, Antep, Adıyaman, Adana, Diyarbəkir, Osmaniye, Malatya...”. 

 

Oxşar xəbərlər