Dünya
16-02-2023, 12:05
658
Niderlandda dövlət qulluqçularına “TikTok” qadağan edilə bilər
Niderlandda dövlət işçilərinin telefonlarında "TikTok” proqramının ləğv edilməsi tələb olunub.
Bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.
Qeyd olunub ki, milli parlamentin deputatlarının əksəriyyəti tətbiqin istifadəsinə qarşıdır. Koalisiya hökumətində olan dörd partiyanın hamısı qadağanın tərəfdarıdır.
Əsas narahatlıq tətbiqi hazırlayan Çin şirkətinin əməkdaşlarının məlumatlara çıxışı ilə bağlıdır. Ümumilikdə, qadağa hökumətdə çalışan 140 min insanı əhatə edə bilər.