Leninqrad mühasirəsindən sağ çıxdı, qaynar suda yandı
16-02-2023, 12:40
1 042

Leninqrad mühasirəsindən sağ çıxdı, qaynar suda yandı

Sankt-Peterburqda təqaüdçü öz mənzilində qaynar suda yanıb.
Yerli media xəbər verir ki, ölən şəxsin İkinci Dünya müharibəsində mühasirədə qalan Leninqrad sakini və əmək veteranı olduğu bildirilir.
Şturmanskaya küçəsindəki mənzildə yaşlı rus qadın tək yaşayırmış. O, hamamda çimərkən isti su borusu partlayıb. Nəticədə qaynar su onun üzərinə tökülüb.
95 yaşlı qadın vaxtında qalxa bilmədiyi üçün qaynayan sudan çıxa bilməyib və yerindəcə ölüb.

Oxşar xəbərlər