Jirinovskinin oğlu polisə hücum etdi
16-02-2023, 14:15
1 298

Jirinovskinin oğlu polisə hücum etdi

Rusiyalı mərhum  siyasətçi Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn polisə hücum edib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Bildirilir ki, o Moskvada restoranların birində polislə əlbəyaxa dava edib. Hadisədən sonra Oleq saxlanılıb.
Jirinovskinin oğlu şöbəyə aparılıb. Polisin məlumatına görə, orada da Oleq polis leytenantına bir neçə yumruq vurub, nəticədə məmurun sağ körpücük sümüyü nahiyəsində qançır əmələ gəlib.
Hazırda Oleq inzibati məsuliyyətə cəlb edilib.

Oxşar xəbərlər