Səudiyyə Ərəbistanı kosmosa ilk qadın astronavt göndərəcək
17-02-2023, 18:59
17 189

Səudiyyə Ərəbistanı kosmosa ilk qadın astronavt göndərəcək

Səudiyyə Ərəbistanı yaxın aylarda kosmosa göndərməyi planlaşdırdığı ilk qadın astronavtın kimliyini açıqlayıb.
Ölkənin rəsmi agentliyi SPA tərəfindən verilən açıqlamada qadın astronavt Reyyane Bernavinin həmkarı Əli Əl-Karni ilə Beynəlxalq Kosmik Stansiyada (BKS) 10 gün qalacağı bildirilib.
İki astronavtın  "Axiom Space" özəl kosmos şirkəti tərəfindən təşkil edilən kosmos missiyası çərçivəsində yazda ISS-ə uçacağı öyrənilib.

Oxşar xəbərlər