Rus və ukraynalı futbolçular dava etdi
17-02-2023, 12:24
992

Rus və ukraynalı futbolçular dava etdi

Bir neçə gün əvvəl Rusiyanın “Şinnik” və Ukraynanın “Minaj” klubunun futbolçuları arasında başa verən əlbəyaxa davanın videosu yayılıb.
Apasport.az saytı xəbər verir ki, Antalyada yerləşən hotellərin birində yaşanan dava rus futbolçulardan birinin hotel əməkdaşına qarşı kobud davranması nəticəsində baş verib. 
Ukraynalı idmançının buna irad bildirməsindən qəzəblənən rus futbolçular ona gözlənilmədən qəfil zərbələr endirib. Bundan sonra isə kütləvi dava olub.
Qeyd edək ki, davada bir neçə futbolçuda sınıq əmələ gəldiyi bildirilib.

Oxşar xəbərlər