Moskvada Zelenskinin məzarı tapıldı
17-02-2023, 16:22
977

Moskvada Zelenskinin məzarı tapıldı

Moskva yaxınlığındakı Ramenskoyedə, Krasnoarmeyskaya küçəsində qəbiristanlığın yaxınlığında Ukrayna prezidenti Vladimir Zelenskinin fotoşəkili olan qəbir daşı peyda olub.
Rusiya KİV bildirir ki, orada Zelenskinin “ölüm” tarixi göstərilib - 2 mart 2023-cü il. Şəklin kənarlarında “Xalq düşməni” yazısı var.
Görünür, sərgilənən abidə qəbiristanlığın yaxınlığındakı ritual malların satışı məntəqəsinə aiddir.
Lakin şəhər sakinləri reklam yaradıcılığını qaçılmaz qələbənin proqnozu kimi qiymətləndiriblər.

Oxşar xəbərlər