Türkiyəli gəncin kədərli hekayəsi: Zəlzələ zamanı doğuldu, 24 il sonra dağıntılar altında qalaraq öldü
17-02-2023, 18:35
9 307

Türkiyəli gəncin kədərli hekayəsi: Zəlzələ zamanı doğuldu, 24 il sonra dağıntılar altında qalaraq öldü

Türkiyənin Qaziantep şəhərində 17 avqust 1999-cu ildə Gölcükdə baş verən zəlzələ günü doğulan Osman Enes Baştürk adlı gənc Kahramanmaraşda baş verən zəlzələ zamanı həyatını itirib.
Osman Enes Baştürk Nurdağı rayonundakı evinin dağıntıları altında qalıb.
Episentri Kocaelinin Gölcük rayonu olan zəlzələ zamanı Qaziantepdə dünyaya göz açan gəncin 24 illik həyatı zəlzələ ilə başlayıb, zəlzələ ilə yekunlaşıb.
O, Kahramanmaraşda 7,7 bal gücündə zəlzələdə qardaşını qorumağa çalışıb, lakin yıxılan divarın altında qalıb.
Osman Enesin anası Asiye Baştürk oğlunun həyat hekayəsini danışıb.
O bildirib ki, zəlzələ baş verən zaman böyük oğlu Osman Enes və kiçik oğlu Emirhan eyni otaqda yatıblar. Asiye Baştürk deyib ki, uşaqlarını xilas etmək istəyib, ancaq buna nail ola bilməyib.
“Osman Enes güclüdür, qardaşını xilas edər deyə düşündüm. Oğlum özünü qardaşına sipər edib, amma özü xilas ola bilməyib. Kiçik oğlum dağıntılar altından çıxdı, amma o çıxa bilmədi.
Oğlum Osman Enes 1999-cu ildə Gölcükdə baş verən zəlzələ zamanı Qaziantepdə doğulub. 2023-cü ildə Nurdağıdakı zəlzələdə də dünyasını dəyişdi. Osman Enes doğulduğu gecə əməliyyatdan çıxdığım zaman xəstəxanada generatorlar işləyirdi. Bunun səbəbini soruşduqda dedilər ki, İstanbulda zəlzələ olub. O zəlzələdə doğuldu, bu zəlzələdə öldü”, - deyə o kədərini dilə gətirib.

Mənbə: Haber Global

Oxşar xəbərlər