“Çeburaşka” kosmosa çıxdı
17-02-2023, 18:42
14 526

“Çeburaşka” kosmosa çıxdı

Rusiyanın istehsalı olan yeni “Çeburaşka” filmi prokatda 6,58 milyard rubl toplayaraq rekord qırır. Bu gözəl film artıq kosmosa da çıxıb.
“Roskosmos” xəbərinə görə, rusiyalı kosmonavtlar Serqey Prokopyev,  Dmitri Petelin və Anna Kikina Yerin orbitindən kənarda “Çeburaşka”nı izləmək imkanı qazanıblar.
Yanvarın 1-dən etibarən kinoteatrlarda nümayiş etdirilən xeyirxah, böyük qulaqlı heyvan haqqında filmi 20 milyon nəfər izləyib.
“Roskosmos” bildiirb ki, bundan sonra Çeburaşka orbitdəki rus kosmonavtlarının indikatoru və talismanı olacaq. Başqa sözlə desək, kosmosa uçuş zamanı çəkisizlik halını anlamaq üçün kosmonavtlar özləri ilə yüngül bir oyuncaq götürürlər, raketin orbitə çatdığını bu oyuncağın havada süzməsinə istinadən müəyyən edirlər. İndən belə rusiyalı kosmonavtlar məhz “Çeburaşka” oyuncağını özlərinə yoldaş edəcəklər.
“Soyuzmultfilm”, “Yellow, Black and White”, START birgə işi olan ekran əsəri Kanada və Amerikada da yayımlanır.


Oxşar xəbərlər