SSRİ-dən qalan dərman atdı, görün nə oldu?
17-02-2023, 18:55
14 517

SSRİ-dən qalan dərman atdı, görün nə oldu?

Rusiyada gimnaziyanın şagirdi SSRİ dövründən qalma ilk yardım qutusundan tapılan psixotrop dərmandan zəhərlənib.
Yerli media bildirir ki, Kalininqraddan olan 9-cu sinif şagirdi dostları ilə birlikdə Svetli şəhərindəki keçmiş Baltik Kombinatının ərazisinə qalxıb. Tərk edilmiş anbarda məktəblilər köhnə hərbi ilk yardım dəstləri olan qutular tapıblar. Onlarında içərisində hallüsinasiyalar yaradan kapsullar da olub.
Yeniyetmələrdən biri həmin qutudan dərman qəbul edərək, zəhərlənib. Dostları ona süni nəfəs veriblər. Bu da 9-cu sinif şagirdinə kömək etməyib. Oğlanın dostları atasına zəng vurublar, ata oğlunu evdən bir qədər aralıda skamyada yatan, qeyri-adekvat vəziyyətdə tapıb. Kişi təcili yardım çağırıb, yeniyetmə zəhərlənmə diaqnozu ilə reanimasiyaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparıblar. Nəticədə yeniyetmənin evindən içərisində psixotrop maddə olan 31 kapsul tapılıb. 
Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər