ABŞ İŞID-a qarşı əməliyyat keçirdi - terror lideri öldürüldü, 4 əsgər yaralandı
18-02-2023, 23:35
11 758

ABŞ İŞID-a qarşı əməliyyat keçirdi - terror lideri öldürüldü, 4 əsgər yaralandı

ABŞ Suriyanın şimal-şərqində İŞID-a qarşı əməliyyat keçirib. Terror təşkilatının lideri öldürülüb, əməliyyatda 4 ABŞ əsgərinin yaralanıb.
Bu barədə Pentaqon məlumat yayıb. 
Açıqlamada, dünən həyata keçirilən əməliyyatda "Hədəfdə olan İŞID-ın yüksək səviyyəli lideri Həmzə əl-Homsi öldürülüb" deyə bildirilib. Hədəflənmiş partlayış nəticəsində 4 ABŞ əsgəri və bir itin yaralandığı deyilir.
Bildirilir ki, əsgərlər və it hazırda İraqdakı tibb müəssisəsində müalicə alır.
Homsinin rolunun nə olduğu barədə təfərrüatlar verilməyib.
Basqının Suriyada terror təşkilatı PYD/PKK ilə birlikdə həyata keçirildiyi açıqlanıb.

Oxşar xəbərlər