42 min dollarlıq heykəli sındırdı
20-02-2023, 10:26
612

42 min dollarlıq heykəli sındırdı

Mayamidə (ABŞ) sərgiyə gələn qonaq təsadüfən Ceff Koons tərəfindən 42 min dollar dəyərində olan kult heykəlini sındırıb. 
Bu barədə BBC məlumat yayıb. 
Hadisə Florida ştatının Mayami şəhərində hər il keçirilən müasir incəsənət sərgisi "Art Wynwood"un eksklüziv açılış gecəsi zamanı baş verib.
Adı naməlum qalan qadın hadisənin anidən olduğunu və  heykəlin bütün xərclərini öhdəsinə götürdüyünü açıqlayıb. Məlum olub ki, qadın sənət əşyalarının kolleksiyaçısıdır.

Oxşar xəbərlər