"ABŞ tezliklə ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim elan edəcək" - Senator
20-02-2023, 19:40
9 351

"ABŞ tezliklə ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim elan edəcək" - Senator

Ağ Ev yaxın vaxtlarda ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlərin başlanacağını elan edə bilər.
Bu barədə Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem bildirib.
“Əminəm ki, biz Vaşinqtona qayıtdıqdan sonra  administrasiya ukraynalı pilotlara F-16-nı idarə etmək üçün təlim keçmək barədə qərar qəbul edəcək”, - senator Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı deyib.
Daha əvvəl NATO -nun Avropadakı baş komandanı Kristofer Kavoli F-16 döyüş təyyarələri, pilotsuz təyyarələr və uzaq mənzilli raketlərin tədarükü ilə Ukraynaya kömək edəcəyini bildirmişdi .
Ukrayna rəsmiləri ABŞ Konqresinin üzvlərini Kiyevə F-16 qırıcıları göndərmək üçün  prezident Co Baydenin administrasiyasına təzyiq göstərməyə çağırıblar.

Oxşar xəbərlər