Zəlzələdə evi dağılan qadın hotelə inəkləri ilə birlikdə getdi
20-02-2023, 10:59
475

Zəlzələdə evi dağılan qadın hotelə inəkləri ilə birlikdə getdi

Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində Adıyamanda evi dağılan qadın heyvanları ilə Antalyada bir hotelə sığınıb. 
Nurşen Salhan adlı Türkiyə vətəndaşına hotelin bağında 4 baş heyvan üçün müvəqqəti tövlə tikilib.
"Hotelin bağçasında müvəqqəti sığınacaq tapdıq. Amma gələcəkdə mənim və heyvanlarımın qalması üçün bir yerə ehtiyacım var", - zərərçəkən bildirib. 
Qadın heyvanlarının zəlzələ səbəbiylə stress keçirdiyini deyib. 

Oxşar xəbərlər