BAFTA-ya ulduz axını...
20-02-2023, 13:26
1 496

BAFTA-ya ulduz axını...

Britaniya film və televiziya sənət akademiyası (BAFTA) mükafatları ötən gün sahiblərinə verilib.
Şahzadə Uilyams və Keyt Middltonun da iştirak etdiyi təntənəli gecədə bir çox diqqət çəkən məqam olub.

Tədbirdə Türkiyədəki dəhşətli zəlzələdə həlak olanların xatirəsi də yad edilib. Mərasimə qatılanlar yaxalarındakı mavi lentlə zəlzələ qurbanlarını anıblar.
Bundan başqa, “Aftersun” filminin baş rolu Paul Meskan “Ən yaxşı aktrisa” mükafatını alıb. Rejissor Edvard Berqer, aktyorlar Colin Farrel, Ceymi Lii Kurtis və Ancela Basset də gecədə mavi lentləri ilə iştirak ediblər.
BAFTA-da “All Quiet on the Western Front” “Ən yaxşı film” və “Ən yaxşı rejissor” daxil olmaqla 7 nominasiyada mükafat qazanıb. “The banshees of inisherin” və “Elvis” filmləri də hər biri ayrılıqda 4 ödül alıb.
Qırmızı xalça keçidində lentə alınan görüntüləri təqdim edirik:

Oxşar xəbərlər