Meqandan xəyanət iddialarıyla bağlı açıqlama
20-02-2023, 13:56
1 552

Meqandan xəyanət iddialarıyla bağlı açıqlama

Amerikan aktrisa Meqan Foks və musiqiçi sevgilisi Maşin Qan Kellinin xəyanəti ilə bağlı şayiələrə münasibət bildirib. 
Məşhur sima İnstaqramda müvafiq yazı dərc edib:
“Heç bir üçüncü tərəf bizim münasibətlərimizə müdaxilə etməyib. Əlbəttə ki, şəbəkə istifadəçiləri, saxta profillər və iblislər istisna olmaqla. Sizi əsassız dedi-qodu yaymaq imkanından məhrum etməkdən nifrət edirəm, ancaq bu hekayəni basdırmalı və bütün günahsız insanları rahat buraxmalısınız”.
Qeyd edək ki, Meqan instaqram səhifəsini iki həftəlik deaktiv etmişdi. 

Oxşar xəbərlər