Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı
21-02-2023, 10:57
933

Pilotun Hataydan qayıdan xilasedicilərə təşəkkürü izləyici rekordu qırdı

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdən sonra Hataya yollanan İstanbul Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları vəzifələrini tamamladıqdan sonra geri yola düşüblər. Ancaq onları təyyarədə sürpriz gözləyib.
Belə ki, uçuşdan əvvəl pilot onların qarşısına çıxıb və “Sizin qarşınıza dünyanı da sərsələr, haqqınızı əsla verə bilmərik”, - deyə minnətdarlıq edib.
Pilotun sözləri xilasedicilər tərəfindən alqışlarla qarşılanıb.
İstanbul meri Əkrəm İmamoğlunun özünün sosial şəbəkə hesabından paylaşdığı kadrlar istifadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb və internetdə geniş yayılıb.


Mənbə: Haber Global

Oxşar xəbərlər