Zəlzələ zamanı qorxu keçirən hamilə qadın erkən doğum etdi
21-02-2023, 13:09
768

Zəlzələ zamanı qorxu keçirən hamilə qadın erkən doğum etdi

Hatayda baş verən 6,4 bal gücündə zəlzələ zamanı təşviş keçirən əslən Suriyadan olan Culya Keykuni adlı qadın böyük qorxu ilə özünü çölə atıb.
Nəticədə hamiləliyin 34-cü həftəsində olan qadının doğum sancısı başlayıb.
22 yaşlı Keykuni yarım saat sonra səhra xəstəxanasında ikinci övladı olan qızını dünyaya gətirib. Ana və körpənin vəziyyətlərinin yaxşı olduğu bildirilib.


Oxşar xəbərlər