Dünya
21-02-2023, 14:38
1 146
Məktəbli qaçırdığı maşınla qəza törədib polisə təslim oldu
Kazanda məktəbli tanışının avtomobilini qaçırıb, qəzaya düşüb və könüllü olaraq polisə təslim olub.
Xarici media xəbərinə görə, yeniyetmə anasının rəfiqəsinə məxsus avtomobili oğurlamaq istəyib. Qadınlar söhbət edərkən 13 yaşlı rusiyalı “Hyundai Creta”nın açarlarını oğurlayıb, daha sonra sükan arxasına keçərək məhəllədə sürüb. Luşnikov küçəsində idarəetməni itirərək dirəyə çırpılaraq avtomobilin farasına və qanadına ziyan vurub.
Məktəbli əməlini etiraf etmək qərarına gəlib və yoldan keçənlərdən polisə zəng etmələrini istəyib. Hadisədən sonra onun valideynləri inzibati məsuliyyətə cəlb edilib, yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin əməkdaşları yeniyetmə ilə işləyir.