Zaxarovadan Ermənistana missiya yerləşdirilməsinə ETİRAZ
21-02-2023, 18:21
6 561

Zaxarovadan Ermənistana missiya yerləşdirilməsinə ETİRAZ

Avropa İttifaqı hər vasitə ilə Rusiyanın müttəfiqi Ermənistanda möhkəmlənmək istəyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Aİ-nin 100 nəfərlik missiyasının Ermənistanda yerləşdirilməsinə münasibət bildirərkən deyib.
O söyləyib ki, Qərb təhlükəsizliyin əsas təminatçısı kimi Rusiyanın tarixi funksiyasını zəiflətmək istəyir. Zaxarova onu da qeyd edib ki, regionda təhlükəsizliyin əsas amili Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış razılaşmalardır.
Xatırladaq ki, bu gün Avropa İttifaqının 100 nəfərlik missiyası Ermənistanda fəaliyyətə başlayıb. Missiyanın fəaliyyət müddəti 2 il nəzərdə tutulub.

Oxşar xəbərlər