ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi edəcək
22-02-2023, 23:45
9 990

ABŞ 2024-cü ildə NATO sammitinə ev sahibliyi edəcək

ABŞ  2024-cü ildə NATO sammitinə ev sahibliyi etmək niyyətindədir.
Bu barədə ABŞ prezidenti Co Bayden Varşavada çıxışı zamanı  bildirib.
“Gələn il mən dünya tarixinin ən güclü müdafiə ittifaqının 75-ci ildönümünü qeyd etmək üçün ABŞ-da keçiriləcək sammitimizdə NATO-nun hər bir üzvünü qəbul edəcəyəm” deyə Bayden bildirib.
O vurğulayıb ki, Birləşmiş Ştatlar alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiq qalır və bu, onun təbirincə desək, “birə hücum hamıya hücumdur”.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında bildirmişdi ki, İsveç və Finlandiya 2023-cü il iyulun ortalarına qədər alyansa üzv olmalıdır . O qeyd edib ki, bunun üçün artıq iş aparılır.

Oxşar xəbərlər